Dünya
Hindistana uçan təyyarənin pilotu narkotik qəbul edib: Sərnişinlər qəzadan son anda xilas olublar
Hindistana uçan sərnişin təyyarəsinin pilotunun reysdən əvvəl narkotik maddə qəbul etdiyi və uçuş zamanı hava gəmisinə nəzarəti itirdiyi bildirilir. Oxu.Az "The Times of India"ya istinadən xəbər verir ki, hadisə avqustun 4-də "Air India" aviaşirkətinin Phuket-Nyu-Dehli reysində baş verib. Nəşrin məlumatına görə, pilot kabinənin döşəməsində oturaraq siqaret çəkməyə çalışıb. Bort bələdçiləri onu dəfələrlə yerinə qaytarmalı olublar. Pilot öz hərəkətlərinə tam nəzarət edə bilməyib. Təyyarədən düşdükdən sonra isə normal yeriyə bilməyib. Narkotik maddənin təsiri altında olduğu bildirilən pilotun idarə etdiyi təyyarə 91 metr kəskin enib. Nəticədə 20 sərnişin və dörd ekipaj üzvü xəsarət alıb. İkinci pilot idarəetməni öz üzərinə götürərək təyyarəni təhlükəsiz şəkildə yerə endirib. Reysdən sonra komandirdən götürülən narkotik testinin nəticəsi müsbət olub. O, uçuşlardan uzaqlaşdırılıb.
Mənbə
oxu.az