Digər

BƏƏ İran gəmilərinin limanlara girişini qadağan etdi

04 Aug 2026, 13:57 16 baxış
BƏƏ İran gəmilərinin limanlara girişini qadağan etdi

BƏƏ bütün növ İran gəmilərinin, o cümlədən ticarət və ənənəvi yük gəmilərinin ölkənin liman və körpülərinə girişini yenidən qadağan edib.


Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.


Məlumata görə, qərar iyulun 31-dən qüvvəyə minib. Həmin tarixdə BƏƏ limanlarında olan İran gəmilərinə də ölkə ərazisini tərk etmək göstərişi verilib.


Bildirilir ki, bu gəmilər avqustun 3-dək limanları tərk etməli olublar.


BƏƏ rəsmiləri yeni məhdudiyyətlərin səbəbi və onların nə vaxt aradan qaldırılacağı barədə hələlik rəsmi açıqlama verməyiblər.


Qeyd edək ki, bu, İsrail və ABŞ-la İran arasında baş verən son müharibə başlayandan bəri BƏƏ-nin İran gəmilərinə qarşı tətbiq etdiyi ikinci liman qadağasıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər