Dünya

Aİ və İspaniya arasında fikir ayrılığı: Səfirlərdən miqrant axını ilə bağlı tələb

04 Aug 2026, 13:44 19 baxış
Aİ və İspaniya arasında fikir ayrılığı: Səfirlərdən miqrant axını ilə bağlı tələb
Avqustun 3-də Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri İspaniyadan Mərakeşə geri göndərilən miqrantların statistikasına dair verilmiş məlumatların rəsmi təsdiqini istəyiblər. Oxu.Az xəbər verir ki, bu məlumatı "Politico" nəşri anonim diplomatik mənbələrə istinadla yayıb. Mənbələrin bildirdiyinə görə, rəsmi Madrid Avropa rəhbərliyinin miqrasiya probleminə yanaşmasını nisbətən sərt şəkildə qınayıb. Lakin bəzi Aİ dövlətləri iddia edirlər ki, İspaniya yürütdüyü siyasət nəticəsində qeyri-qanuni miqrant axınını özü stimullaşdırıb. Bildirilir ki, avqustun 4-də Aİ-yə üzv ölkələrin daxili işlər nazirlərinin onlayn formatda görüşü keçiriləcək. Bu görüş nazirlərə Seutada baş verənləri birlikdə araşdırmaq və Aİ-nin hansı dərsləri çıxarmalı olduğuna diqqət yetirmək üçün imkan yaradacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər