Digər

"Quba Palace"da qolf turniri keçirildi

04 Aug 2026, 12:11 20 baxış
"Quba Palace"da qolf turniri keçirildi
Azərbaycanda ilk dəfə yeniyetmələr arasında "Caspian Junior Cup 2026" beynəlxalq qolf turniri təşkil olunub. "Quba Palace Hotel"in nəzdində fəaliyyət göstərən "The National Azerbaijan Golf Club"da hotelin təşkilatçılığı ilə keçirilən yarışa Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar qatılıblar. Turnir beynəlxalq yeniyetmələr üçün təşkil edilən qolf düşərgəsinin yekun tədbiri olub. Mükafatlandırma mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər. "Caspian Junior Cup 2026" uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.




{{gallery}}
"Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi "Quba Palace"da qolf turniri keçirildi
Mənbə oxu.az

Oxşar Xəbərlər