Digər
İzmirdə bələdiyyə sədri saxlanıldı
Türkiyənin İzmir əyalətinin Menderes bələdiyyəsində korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri İlkay Çiçəkin də daxil olmaqla 21 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər mənfəət əldə etmək məqsədi ilə tikiliyə icazə verməkdə, rəsmi sənədlərin saxtalaşdırılmasında, rüşvət almaqda, vəzifədən sui-istifadə etməkdə və başqa cinayətləri mütəşəkkil şəkildə törətməkdə ittiham olunurlar.
Mənbə
axar.az