Digər

Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq

04 Aug 2026, 10:53 16 baxış
Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq

Ermənistanın KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi qərarı iştirakçı ölkələrin ümumi razılığını tələb edəcək.


Axar.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.


“KTMT Nizamnaməsinin 25-ci maddəsi təşkilata iki illik maliyyə borcu olduqda, iştirakçı dövlətin səs vermək və nümayəndələrini irəli sürmək hüququnun dayandırılması ehtimalını nəzərdə tutur. KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və dövlət liderləri bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensus yolu ilə qəbul ediləcək”, - o bildirib.


Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurub.

Mənbə axar.az

Oxşar Xəbərlər