Digər

Müharibə artıq dalana dirənib, gah Rusiya, gah biz…

04 Aug 2026, 09:15 18 baxış
Müharibə artıq dalana dirənib, gah Rusiya, gah biz…

Rusiyanı sülhə məcbur etmək məqsədilə xüsusi tədbirlər davam edir.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.


"Rusiya Federasiyasını sülhə məcbur etmək üçün xüsusi tədbirlər davam edir. Müharibə mahiyyət etibarilə onlar üçün dalana dirənib. Döyüş əməliyyatları davam edir: gah irəliləyiş olur, gah olmur, bəzən biz irəliləyirik, bəzən onlar... Strateji baxımdan isə müharibə artıq çoxdan dalana dirənib", – deyə Budanov bildirib.


Onun sözlərinə görə, Rusiyanı sülhə məcbur etmək məqsədilə həyata keçirilən xüsusi tədbirlər müəyyən vaxt məhdudiyyəti olmadan davam edəcək:


"Biz bunu davam etdirəcəyik. 40 gün, 100 gün, 15 gün kimi rəqəmlərə ilişib qalmayın. Əsas olan nəticədir. Bu prosesə necə daxil olmağımızdan daha vacibi, ondan hansı nəticə ilə çıxmağımızdır".


O əlavə edib ki, Kreml hələ də səhvən hesab edir ki, qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail ola biləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər