Digər

“Wildberries”in Leninqraddakı bazası da vuruldu

04 Aug 2026, 09:55 19 baxış
“Wildberries”in Leninqraddakı bazası da vuruldu

Leninqrad vilayətinin Krasnıy Bor şəhərindəki “Wildberries” şirkətinin logistika müəssisəsində Ukraynanın PUA hücumu nəticəsində yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


“Yanğınsöndürmə briqadaları hadisə yerindədir. Ərazidə əvvəlcədən təxliyə aparılıb. Xəsarət alanlar barədə ilkin məlumat yoxdur”, - məlumatda deyilib.


Qeyd olunub ki, cari çatdırılmaların qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb və onlar digər müəssisələrə yönləndirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər