Digər

Ərdoğan Salmanla danışdı, hücumdan təəssüfləndiyini dedi

03 Aug 2026, 22:05 16 baxış
Ərdoğan Salmanla danışdı, hücumdan təəssüfləndiyini dedi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Telefon danışığında Ərdoğan Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlardan təəssüfləndiyini bildirib.


Bundan əlavə, telefon söhbətində ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.


Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Ənsərullah hərəkatı Səudiyyə Ərəbistanına məxsus "NCC Ghazal" neft tankerinə ballistik raketlərlə hücum edib.

Mənbə axar.az

Oxşar Xəbərlər