Dünya

ABŞ yapon yeninin enişinin qarşısını aldı: Son 15 ildə ilk yaşandı

03 Aug 2026, 07:48 2 baxış
ABŞ yapon yeninin enişinin qarşısını aldı: Son 15 ildə ilk yaşandı
Yaponiyanın maliyyə naziri Satsuki Katayama yapon yeninin ucuzlaşmasını dayandırmaq üçün ABŞ və Yaponiyanın son 15 ildə ilk dəfə birgə valyuta intervensiyası həyata keçirdiyini elan edəcək. Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat verir. Qiymətli kağızlar bazarındakı mənbələrin sözlərinə görə, Yaponiya və ABŞ hökumət orqanları yenin satın alınması üzrə bir sıra əməliyyatlar həyata keçiriblər. Bu tədbirlər dollar qarşısında 1986-cı ildən bəri ən aşağı səviyyəyə enən Yaponiya valyutasının məzənnəsini möhkəmləndirməyə yönəlib. Məqalədə qeyd olunur ki, ucuzlaşmanın əsas səbəbi ABŞ və Yaponiyada uçot dərəcələri arasındakı fərqin artmasıdır. Bir neçə gün əvvəl Yaponiya Bankı uçot dərəcəsini 1% səviyyəsində saxlamaq barədə qərar qəbul edib. ABŞ Federal Ehtiyat Sistemi isə daha sərt pul-kredit siyasətinə sadiq qalır. ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent keçən həftə yenin "çox aşağı qiymətləndirildiyini" bildirib. "Reuters"in məlumatına görə, o, nazirlər kabinetinin cümə günü keçirilən iclasında əlində "5-10 milyard dollar məbləğində Yaponiya yeni almaq" zərurəti barədə qeydin olduğu bloknot tutubmuş.
Mənbə oxu.az

Oxşar Xəbərlər