Dünya

Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı

03 Aug 2026, 06:36 1 baxış
Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı
Cənubi Koreyanın paytaxtı Seulda havanın temperaturu +42,5 dərəcəyə yüksəlib. Oxu.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bununla da paytaxt ərazisində 1904-cü ildə qeydə alınmış rekord yenilənib. Bundan başqa, Yanqsan şəhərində də rekord istilər davam edir. Orada iyulun 29-dan etibarən hər gün +40 dərəcə isti qeydə alınıb. Seulda anomal isti hava artıq 11 gündür davam edir. Məlumata görə, Koreyanın əksər bölgələrində güclü istilərlə bağlı xəbərdarlıq elan olunub. Temperaturun ən azı +35 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Gündüz saatlarında müşahidə olunan isti hava gecələr də davam edir, şərq küləyi isə sərinlik gətirmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər