Dünya
Afrikanın ən uzun avtomagistralına Donald Trampın adı verildi - FOTO
Mərakeş Kralı VI Məhəmməd Tiznit-Daxla avtomagistralına ABŞ Prezidenti Donald Trampın adının verilməsi barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Mərakeşin MAP dövlət informasiya agentliyi məlumat yayıb. VI Məhəmməd bildirib ki, Donald Trampın prezidentliyi dövründə Mərakeşlə ABŞ arasında münasibətlər görünməmiş səviyyəyə yüksəlib. Bunun əsas səbəblərindən biri 2020-ci ildə Vaşinqtonun Qərbi Saxara üzərində Mərakeşin suverenliyini tanıması olub. ABŞ lideri də öz növbəsində bu addıma görə krala təşəkkürünü ifadə edib.
"Bu dostluq və sülh nümunəsinə ehtiram əlaməti, həmçinin Sizə olan yüksək hörmətimin şəxsi ifadəsi olaraq krallığın ən mühüm avtomobil yollarından birinə Donald Tramp şosesi adının verilməsi barədə qərar qəbul etmişəm", - deyə kral ABŞ prezidentinə ünvanladığı rəsmi məktubda bildirib. O qeyd edib ki, söhbət bütün Afrika qitəsinin ən uzun avtomagistralından gedir. Uzunluğu 1 055 kilometrdən çox olan Tiznit-Daxla magistralı Mərakeşin şimalını cənub əyalətləri ilə birləşdirir, yükdaşımaların müddətini azaldır və Avropa-Qərbi Afrika nəqliyyat dəhlizinin mühüm hissəsi hesab olunur.

Mənbə
oxu.az