Dünya

"Wildberries"in təsisçisi "Mirotvorets"in bazasına salındı

03 Aug 2026, 03:32 2 baxış
"Wildberries"in təsisçisi "Mirotvorets"in bazasına salındı
Rusiyanın "Wildberries" beynəlxalq internet mağazasının təsisçisi Tatyana Kim Ukraynanın "Mirotvorets" saytının bazasına daxil edilib. Oxu.Az bu barədə "Mirotvorets" saytına istinadən xəbər verir. Saytın yaradıcıları onu Rusiyanı açıq şəkildə dəstəkləməkdə ittiham edirlər. Qeyd edək ki, "Mirotvorets" saytı 2014-cü ildə yaradılıb. Məqsədi "Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan" bütün şəxslərin kimliyini müəyyənləşdirmək və fərdi məlumatlarını dərc etməkdir. Son illərdə bir çox jurnalist, artist və siyasətçinin şəxsi məlumatları "Mirotvorets"in "qara siyahı"sına düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər