Dünya

İsraildə həbsxanaların mühafizəsində timsahlardan istifadəyə qadağa qoyuldu

03 Aug 2026, 01:32 2 baxış
İsraildə həbsxanaların mühafizəsində timsahlardan istifadəyə qadağa qoyuldu
İsraildə Qüds Dairə Məhkəməsi həbsxanalarda həbsxanalardan qaçışların qarşısının alınması üçün timsahlardan istifadə olunmasını qadağan edib. Oxu.Az xəbər verir ki, məlumatı "The Jerusalem Post" qəzeti yayıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bu qərara görə hakimləri "terrorçuların tərəfini saxlamaqda" ittiham edib. "Müharibə dövründə məhkəmə sistemi növbəti dəfə İsrailin təhlükəsizliyinin təmin olunması üçün vacib addımların qarşısını alaraq terrorçuların tərəfini tutur", - deyə qəzet nazirin sözlərini sitat gətirib. Nəşrin məlumatına görə, bir neçə ay ərzində İsrailin Parklar İdarəsinə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təhlükəsizlik cinayətlərinə görə məhkum edilmiş şəxslərin saxlanıldığı həbsxanaların xəndəklərində timsahların yerləşdirilməsinə icazə verməsi üçün təzyiq göstərilib. Pilot layihənin İsrailin cənubundakı Negev səhrasında yerləşən "Ktsiot" həbsxanasında həyata keçirilməsi planlaşdırılırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər