Dünya

Dunayda suyun səviyyəsi endi: Alman hərbi gəmilərinin qalıqları üzə çıxdı

03 Aug 2026, 00:32 2 baxış
Dunayda suyun səviyyəsi endi: Alman hərbi gəmilərinin qalıqları üzə çıxdı
İkinci Dünya müharibəsi dövrünə aid batırılmış alman hərbi gəmiləri Dunay çayının dayazlaşması nəticəsində Serbiyanın Prahovo yaşayış məntəqəsi yaxınlığında suyun üzərinə çıxıb. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, çayda suyun səviyyəsi Avropada davam edən isti hava və quraqlıq fonunda azalıb, Serbiya və Xorvatiyada göstəricilər rekord həddə enib, nəticədə batmış gəmilər üzə çıxıb. Aprel ayınadək mütəxəssislər Dunayın dibindən yeddi gəmini çıxarıblar, səkkizinci gəminin çıxarılmasına isə hazırlıq görülür. İşlərə başlamazdan əvvəl gəmi gövdələri dalğıclar və istehkamçılar tərəfindən yoxlanılıb. Çünki onların içərisində mina və digər partlamamış sursatlar qala bilərdi. Bəzi iri qalıqlar tam şəkildə çıxarılmayıb, hissələrə bölünüb, yaxud gəmi yolunu bağlamamaları üçün daha dərin yerə köçürülüb. Prahovo yaxınlığında Dunayın təmizlənməsi üçün Avropa Komissiyası 16.5 milyon avro məbləğində qrant ayırıb, daha təxminən 14 milyon avro isə Avropa İnvestisiya Bankı tərəfindən ayrılıb. Layihənin ilk mərhələsində 21 gəminin çıxarılması planlaşdırılır. Ümumilikdə həmin ərazidə çayın dibində 200-ə yaxın gəminin qalıqlarının olduğu ehtimal edilir. Batmış gəmilər Almaniya donanmasının tərkibinə daxil olub. Alman hərbçiləri onları 1944-cü ildə Kladovo istiqamətinə geri çəkilərkən gəmilərin irəliləyən sovet ordusunun əlinə keçməməsi üçün batırıblar.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər