Dünya

Əraqçı: "İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb"

02 Aug 2026, 22:00 2 baxış
Əraqçı: "İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb"
"İran və Oman arasında gəmiçiliyin bərpası ilə bağlı müzakirələr davam edir". Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "Telegram" kanalında yazıb. Onun sözlərinə görə, iki ölkə arasında Hörmüz boğazında gəmiçiliyə dair məsələləri əhatə edən danışıqlar başa çatmaq üzrədir. "Hökumətin iclasında İran və Oman arasında aparılan danışıqların hazırkı vəziyyəti ilə bağlı hesabat təqdim edilib. Danışıqlarda irəliləyişin olduğu qeyd edilib və prosesin yekun mərhələyə yaxınlaşdığı bildirilib", - məlumatda deyilir. Daha əvvəl "Fars" agentliyi məlumat vermişdi ki, İran Hörmüz boğazının açılmasına icazə verməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər