Dünya
Yunanıstanda meşə yanğınlarını söndürən iki helikopter toqquşdu - VİDEO
Yunanıstanda meşə yanğınlarının söndürülməsi əməliyyatı zamanı iki helikopter havada toqquşub. Oxu.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə fövqəladə eniş etməyə müvəffəq olub. Hər iki hava gəmisinin göyərtəsində iki nəfər olub. Təcili eniş edən helikopterin pilotlarından birinin xəsarət aldığı bildirilir. Qəzaya uğrayan helikopterin ekipajının taleyi barədə isə hələlik məlumat verilməyib.

Mənbə
oxu.az