Dünya

Fransada kimyəvi maddə anbarında güclü yanğın: 30 min nəfərə xəbərdarlıq - FOTO - VİDEO

02 Aug 2026, 18:48 18 baxış
Fransada kimyəvi maddə anbarında güclü yanğın: 30 min nəfərə xəbərdarlıq - FOTO - VİDEO
Fransada keçmiş "ArcelorMittal" zavodunun ərazisində, Qandranj sənaye zonasında yanğın baş verib. Oxu.Az "BFMTV"yə istinadən xəbər verir ki, hadisə Mozel departamentində qeydə alınıb.

Kimyəvi maddələrin saxlanıldığı 500 kvadratmetr sahəsi olan anbar yanıb. Təhlükəsizlik məqsədilə hakimiyyət orqanları təxminən 30 min yerli sakindən evlərini tərk etməməyi və qapalı məkanda qalmağı xahiş edib. Yanğının söndürülməsi üçün hadisə yerinə təxminən 50 yanğınsöndürmə maşını cəlb olunub. Yerli sakinlər səhər saatlarında partlayış səsi eşitdiklərini bildiriblər. Onların sözlərinə görə, həmin vaxt artıq yanğın başlamışdı. "Le Monde" nəşrinin məlumatına görə, ötən ilin payızında regionda "ArcelorMittal"a məxsus obyekt yanğın müfəttişliyi tərəfindən yoxlanılıb. Yoxlama zamanı yaxın aylarda aradan qaldırılması tələb olunan bir neçə qayda pozuntusu aşkarlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər