Digər

Rusiyanın bir ayda itkiləri rekord həddə çatdı

02 Aug 2026, 16:04 16 baxış
Rusiyanın bir ayda itkiləri rekord həddə çatdı

Bu ilin iyul ayında ruslar ötən ilin analoji dövrü ilə müqayisədə xeyli az irəliləyiblər.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.


Hesabata görə, ruslar bir ay ərzində təxminən 122 kvadrat kilometr ərazi ələ keçiriblər. Müqayisə üçün, 2025-ci ilin iyul ayında bu rəqəm təxminən 456 kvadrat kilometr təşkil etmişdi.


Bundan əlavə, iyul ayı Rusiya ordusu üçün 2026-cı ilin ən çətin ayı olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, rus ordusunun itkiləri 42 860 hərbçi təşkil edib ki, bu da bütün tammiqyaslı müharibə üçün rekord aylıq rəqəmdir.

Mənbə axar.az

Oxşar Xəbərlər