Dünya
İtaliyada 8 milyon avroluq yeni yaxta batıb
İtaliyanın Sardiniya adasında, Porto-Çervo yaxınlığında mühərrikdə yaranan nasazlıqdan sonra 30 metr uzunluğunda dəbdəbəli yaxta batıb. Oxu.Az "Il Messaggero" qəzetinə istinadən xəbər verir ki, "Angiola II" adlı, dəyəri 8 milyon avrodan çox olan yaxta cəmi dörd gün əvvəl italiyalı sahibkar tərəfindən satın alınıb. Hadisə zamanı gəmidə ekipaj üzvləri və sərnişinlərdən ibarət 14 nəfər olub. Onların hamısı yaxınlıqdakı digər gəmilərə uğurla təxliyə edilib. Hazırda yaxta Kosta-Smeralda ərazisində təxminən 7 metr dərinlikdə batıb.
Mənbə
oxu.az