Dünya

Texasda ABŞ ordusunun helikopteri qəzaya uğrayıb

13 Aug 2026, 02:12 1 baxış
Texasda ABŞ ordusunun helikopteri qəzaya uğrayıb
ABŞ Silahlı Qüvvələrinə məxsus "AH-64 Apache" helikopteri avqustun 12-də Texas ştatının mərkəzi hissəsində qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının "X" sosial şəbəkəsində yaydığı press-relizdə məlumat verilib. Qəza nəticəsində helikopterin göyərtəsində olan iki nəfər həlak olub. Helikopterin düşdüyü ərazidə yanğın başlayıb. Bununla əlaqədar yaxın ərazilərin sakinləri təxliyə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər