Dünya

İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri zərərsizləşdirildi

02 Aug 2026, 12:30 19 baxış
İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri zərərsizləşdirildi
İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS hərəkatının hərbi qanadına məxsus iki bölmə komandirinin zərərsizləşdirildiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. SAXAL-ın yaydığı bəyanata görə, Qəzza zolağının cənubuna endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın "Nuhba" xüsusi təyinatlı bölməsinin taqım komandiri Salem Camal Əbd əl-Rəhman Əbu Ləbədi məhv edilib. Bildirilib ki, o, 2023-cü il oktyabrın 7-də İsrailin Nir-Oz kibutsuna həyata keçirilən hücumda iştirak edib. Məlumata əsasən, Qəzza zolağının mərkəzi hissəsinə endirilən digər hava zərbəsi zamanı isə HƏMAS-ın "Məğazi" batalyonunun komandiri Məhəmməd Əbd əl-Nasser Xatibi zərərsizləşdirilib. SAXAL-ın mətbuat xidməti qeyd edib ki, hər iki şəxs İsrail hərbçilərinə qarşı hücum hazırlığında iştirak etdiklərinə görə dəqiq hava zərbələri ilə məhv edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər