Dünya

ABŞ-də balıqçı köpəkbalığı tutdu və yırtıcını suya buraxdı - VİDEO

02 Aug 2026, 06:32 23 baxış
ABŞ-də balıqçı köpəkbalığı tutdu və yırtıcını suya buraxdı - VİDEO
ABŞ-nin Los-Anceles şəhərində yerləşən çimərliklərdən birində balıq tutan şəxs təsadüfən böyük bir köpəkbalığını quruya çıxarıb. Daha sonra o, heyvanın yenidən okeana qayıtmasına kömək edib. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qeyri-adi hadisə Kaliforniya ştatındakı Santa-Monika körfəzi sahillərində baş verib.

Hadisənin şahidləri baş verənləri mobil telefonla lentə alıblar. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Kadrlarda balıqçının köpəkbalığını ehtiyatla yenidən suya buraxdığı əks olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər