Dünya

Moskvanın mərkəzində partlayış: 20 nəfər xəsarət aldı - VİDEO

01 Aug 2026, 21:44 20 baxış
Moskvanın mərkəzində partlayış: 20 nəfər xəsarət aldı - VİDEO
Rusiyanın paytaxtı Moskvanın Kudininskaya meydanında yerləşən kafenin yaxınlığında partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda hadisə yerinə operativ xidmətlərin əməkdaşları cəlb olunublar. Partlayışın başvermə səbəbi və digər təfərrüat araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər