Cəmiyyət

Xəzərdə antisanitar vəziyyət: Zibil qutularının olmaması narazılıq yaradır - VİDEO

01 Aug 2026, 19:36 21 baxış
Xəzərdə antisanitar vəziyyət: Zibil qutularının olmaması narazılıq yaradır - VİDEO
Xəzər rayonunun Türkan qəsəbəsində, "Bağlar məscidi" kimi tanınan ərazidə zibil qutularının olmaması ciddi antisanitar vəziyyət yaradıb. Onlarla evin yerləşdiyi yaşayış massivində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutuları olmadığından yol kənarında böyük zibillik yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Zibillərin daşınmaması səbəbindən sakinlərin tullantıları yandırması ərazidəki vəziyyəti daha da ağırlaşdırıb. Sakinlərin aidiyyəti qurumlara dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, problem hələ də öz həllini tapmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər