Cəmiyyət

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı

01 Aug 2026, 17:11 21 baxış
Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı

Dövlət Reklam Agentliyinin İNNOVA İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) İcraçı direktoru Namik Xıdırovun xanım müşaviri işdən ayrılıb.


Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə İNNOVA-nın İcraçı direktorunun müşaviri İnna Saleh qızı Abbasova vəzifəsindən azad edilib.


Agentliyin mətbuat xidmətindən bildirilib ki, bir müddət əvvəl İNNOVA-da müşavir ştatı ləğv edildiyi üçün İnna Abbasova işdən çıxarılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər