Dünya
Seutaya çatmağa çalışarkən həlak olan qanunsuz miqrantların sayı 67-yə çatıb
Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta muxtar şəhərinə üzməyə çalışarkən ən azı 67 miqrant həyatını itirib. Oxu.Az xəbər verir ki, müvafiq informasiyanı İspaniyanın "El Pais" nəşri dərc edib. Bundan öncəki rəqəmlərdə həlak olanların sayının 57 olduğu bildirilirdi. İspaniya mətbuatının yaydığı xəbərlərə əsasən, minlərlə miqrant şəhəri Mərakeş ərazisindən ayıran dalğaqıranı üzərək və piyada şəkildə yan keçərək Seutaya daxil olmağı bacarıb.
Mənbə
oxu.az