Cəmiyyət

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

01 Aug 2026, 12:08 5 baxış
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
Avqustun 1-də saat 11:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin iyulun 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb. İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21m/san, Bakıda və Abşeron yarımadasında 16 m/san-dək güclənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər