Cəmiyyət

Xırdalan sakinlərini təngə gətirən üfunət: Kanalizasiya küçəyə axır - VİDEO

01 Aug 2026, 11:35 2 baxış
Xırdalan sakinlərini təngə gətirən üfunət: Kanalizasiya küçəyə axır - VİDEO
Xırdalan şəhərinin Sülh küçəsində sakinlər kanalizasiya problemindən təngə gəliblər. Ərazidə yaşayan sakinlər bununla bağlı Oxu.Az-a müraciət ediblər. Onlar qeyd ediblər ki, kanalizasiya quyusundan ətrafa çirkab su axır, nəticədə yolun bir hissəsində gölməçə yaranıb. Həmçinin bildirilib ki, ərazidə antisanitar vəziyyət müşahidə olunur.

Sakinlər problemin uzun müddətdir davam etdiyini bildirirlər. Onların sözlərinə görə, əraziyə yayılan kəskin üfunət gündəlik həyatda ciddi narahatlıq yaradır. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər