Dünya

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçə biləcəyini bildirib

01 Aug 2026, 11:47 2 baxış
Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçə biləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin sonunadək Qrenlandiyanın Vaşinqtonun nəzarəti altına keçə biləcəyini istisna etməyib. Oxu.Az xəbər verir, ki Tramp bunu "Real America's Voice" telekanalına müsahibəsində deyib. ABŞ lideri Qrenlandiyanın ABŞ üçün hələ də "xüsusi əhəmiyyət" daşıdığını vurğulayıb. Xatırladaq ki, iyulun 8-də Donald Tramp Amerikanın Qrenlandiya ilə bağlı iddialarını bir daha gündəmə gətirmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen isə öz növbəsində rəsmi Kopenhagenin mövqeyinin dəyişməz qaldığını və adanın satılmadığını bəyan etmişdi. Yanvarın 12-də isə respublikaçı konqresmen Rendi Fayn "Qrenlandiyanın anneksiyası (işğalı) və ona ABŞ ştatı statusunun verilməsi haqqında" qanun layihəsi irəli sürüb, bu layihə ABŞ Prezidenti Donald Trampa adanın işğalı və ya əldə edilməsi üçün addımlar atma səlahiyyətlərini və federal qanunvericiliyə lazımi dəyişikliklər barədə hesabatın hazırlanmasını nəzərdə tutur. Avropada güc ssenarisinın NATO üçün nəticələri barədə xəbərdarlıqlar səslənib: müdafiə üzrə Avropa komissarı Andryus Kubilyus ABŞ-nin Qrenlandiyanı hərbi yolla ələ keçirməsinin faktiki olaraq alyansın sonu demək olacağını bəyan edib və təcavüz halında Avropa İttifaqının Danimarkaya dəstək olmaq barədə qarşılıqlı öhdəliklərini xatırladıb. Rəsmi Vaşinqton cari ilin sonuna qədər Qrenlandiya üzərində tam nəzarəti təmin etmək niyyətindədir və artıq adanın satın alınması planını nəzərdən keçirir. Üstəlik, NBC telekanalının məlumatına görə, ABŞ bu məqsədlə sadəcə 700 milyard dollar xərcləməyə hazırdır, halbuki təkcə Qrenlandiyadakı faydalı qazıntı ehtiyatlarının dəyəri bu məbləğdən onlarla dəfə yüksək qiymətləndirilir. Avropa ölkələri bu prosesləri böyük narahatlıqla izləyirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər