Cəmiyyət
Göyçayda yarılan suvarma kanalında SON DURUM - Sakinlər danışdılar - VİDEO
Göyçay rayonunda Şirvan suvarma kanalı yarılıb. Hadisə rayonun Şəhadət-Qarabağlar kəndi ərazisindən keçən hissədə baş verib. Kanalın yarılması nəticəsində su yaxınlıqdakı, yerli sakinlərin "qobu" adlandırdığı dərin çökəkliyə axıb. Aidiyyəti qurumdan bildirilib ki, sızma dəliyi qısa müddətdə təxminən 10 metrədək genişlənib. "64 yaşım var, indiyə qədər bu kanalın yarıldığını nə görmüşəm, nə də eşitmişəm. Texnikalar gətirildi, kanalın suyu azaldıldı. Əgər vaxtında qarşısı alınmasaydı, kənd su altında qala bilərdi", - deyə sakinlərdən biri qeyd edib.
Şirvan Suvarma İstismarı İdarəsinin rəisi Əliqulu Abbasovun sözlərinə görə, hadisə köhnə çay yatağı üzərində inşa olunmuş hissədə torpaq qatından başlayan sızma nəticəsində baş verib: "Kanalda suyun səviyyəsi azaldılıb, əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hazırda bərpa işləri aparılır. Axan su köhnə kollektor istiqamətinə yönləndirilib və əhali üçün hər hansı təhlükə yoxdur".

Mənbə
oxu.az