Dünya
Rusiya Kiyevi ballistik raketlərlə vurdu: Ölənlər və xeyli yaralı var - FOTO - VİDEO
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi ballistik raket zərbələri nəticəsində azı 9 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir. Oxu.Az Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin açıqlamasına istinadən xəbər verir ki, hücum nəticəsində paytaxtın beş rayonunda yaşayış və qeyri-yaşayış binaları zərər görüb, çoxsaylı yanğınlar baş verib.
Məlumata görə, Solomenski rayonunda ikisi uşaq olmaqla 8 nəfər yaralanıb, 2 nəfər isə ölüb. Göstərilən ünvanların birində çoxmərtəbəli yaşayış binası qismən uçub və alovlanıb, başqa bir yerdə isə dayanacaqdakı maşınlar yanaraq kül olublar. Xilasedicilər yuxarı mərtəbələrdə olan 35 sakini təhlükəsiz əraziyə təxliyə ediblər, 3 nəfər isə tibb müəssisələrinə göndərilib. Hazırda yanğın tamamilə söndürülüb. Ən ağır itkilər Darnıtski rayonunda qeydə alınıb. Burada 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılar arasında iki uşaq da var. Rayon ərazisində inzibati və qeyri-yaşayış binalarında yanğınlar baş verib, avtomobillər yanıb, yaşayış evlərinə ziyan dəyib. Xilasedicilər hadisə yerində raketin yaratdığı krater də aşkar ediblər. Şevçenkovski rayonunda qeyri-yaşayış binasında və kinostudiyanın ərazisində yanğın qeydə alınıb. Bundan başqa, təcili tibbi yardım avtomobillərinin də zərər gördüyü bildirilir. Dneprovski rayonunda mağazaya, Peçerski rayonunda isə dörd fərdi yaşayış evinə və yardımçı tikililərə ziyan dəyib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər