Dünya

İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası - FOTO

01 Aug 2026, 11:00 1 baxış
İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası - FOTO
İran tərəfindən növbəti dəfə Azərbaycana qarşı qeyri-dost münasibətin şahidi olduq. İranın Kəşfiyyat Nazirliyi Azərbaycan mediasına qarşı qərəzli mövqe nümayiş etdirərək Azərbaycan Televiziyasını (AzTV) "düşmən media qurumları" siyahısına daxil etməklə növbəti dəfə ikitərəfli münasibətlərə zərbə vuran addım atdı. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Tehranın qeyri-səmimiliyinin daha bir göstəricisi Əslində son bir il ərzində İranın düşdüyü çətin geosiyasi və hərbi böhran Tehran üçün qonşularına münasibətdə səmimiliyini göstərmək üçün bir imtahan idi. Bu prosesdə İran tərəfindən Azərbaycanla bağlı çoxsaylı qeyri-adekvat addımların sərgilənməsi Tehranın məlum imtahanda sinifdə qaldığını söyləməyə ciddi əsaslar yaradır. İstər suveren ərazilərimizə qarşı həyata keçirilən dron hücumları, istərsə də İran mediasında, xüsusilə də "Səhər" telekanalı və "Mehr" agentliyində, həmçinin SEPAH və ETAALAT-ın kurasiyasında olan digər informasiya qurumlarında ardıcıl şəkildə Azərbaycan əleyhinə həqiqətdən uzaq xüsusi materialların silsilə şəkildə yayımlanması İranın qarşılıqlı münasibətlərdə qeyri-səmimiliyinin daha bir göstəricisidir.
Vətən müharibəsindən başlayan təxribat Əslində Tehran tərəfinin məlum addımı o qədər də təəccüb doğurmamalıdır. Müqayisə üçün qeyd edək ki, 44 günlük Vətən müharibəsinin gedişində, daha sonra isə Ermənistanla ikitərəfli sülh danışıqlarında İran mediası daim Azərbaycanı hədəf alan, milli maraqlarımızı, suverenliyimizi və ərazi bütövlümüzü təhdid edən birtərəfli yanaşma sərgiləyib. Buraya SEPAH-ın sərhədlərimizdə qarşı tərəf üçün heç bir təhdid olmadığı, əksinə, qarşılıqlı tərəfdaşlığın genişləndirilməsinə dair çağırışların səsləndirildiyi bir dövrdə hərbi təlimlər keçirməsi, Naxçıvanla quru əlaqəsinin bərpasına dair Azərbaycanın qalib dövlət olaraq haqlı tələbini özünün "qırmızı xətti" adlandırması kimi bəyanatları da əlavə edə bilərik.
Azərbaycan mediasının peşəkarlığı İran mediasından fərqli olaraq, Azərbaycanın əksər media qurumları ABŞ-İsrail-İran qarşıdurmasının davam etdiyi müddətdə özünün peşəkarlığı və bitərəfliyi ilə diqqət çəkdi. Əsas missiyasının xəbər vermək və hər hansı tərəfi hədəf almamaq olan Azərbaycan mediasının təmsilçiləri iranlı "həmkarlar"ından fərqli olaraq əsl peşəkarlıq nümayiş etdirdilər. Digər tərəfdən, Azərbaycan dövləti qonşu ölkələrin media subyektlərinin ölkəmizdə şəffaf və bərabər səviyyəli yanaşma prinsipləri ilə fəaliyyətinə daim şərait yaradıb. Ölkəmizdə təşkil olunan bir çox qlobal forumlarda İran media nümayəndələri də iştirak edib. Çox təəssüf ki, İran rəhbərliyinin bu münasibətə qeyri-adekvat yanaşmasını müşahidə etməkdəyik. Bakının adekvat cavabı Lakin Tehranın, molla rejiminin unutduğu bir reallıq var ki, Azərbaycan artıq kimlərinsə diktə və hədə ilə danışa biləcəyi, təzyiq göstərərək istədiyini ala biləcəyi ölkə deyil. Bu gün ölkəmiz özünün ən qüdrətli dövrünü yaşayır və bütün müstəvilərdə əksər ölkələrdən potensialı, gücü ilə xeyli öndədir. Tehranın budəfəki təxribatına da rəsmi Bakının adekvat cavabı özünü çox gözlətmədi.
Medianın İnkişafı Agentliyi (MEDİA) İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektlərinin, o cümlədən AzTV-nin "düşmən media qurumları" siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi ilə bağlı bəyanat yayıb. "İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin "düşmən media qurumları" siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur", - deyə bəyanatda bildirilib. Qarşı tərəfə Azərbaycanın da adekvat cavab vermək hüququnun olduğu xatırladılır və bu mövqe açıq şəkildə ortaya qoyulur. "Heç şübhəsiz ki, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. Belə ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər. Müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir", - deyə MEDİA-nın bəyanatında vurğulanıb. Bu dəfə də istisna deyil Qeyd edək ki, Azərbaycan İrana münasibətdə daim özünün sabit və proqnozlaşdırılan, mehriban qonşuluq prinsiplərinin əsas tutulduğu davamlı siyasəti ilə seçilib. İkitərəfli münasibətlərdə rəsmi Bakı İran rejiminin siyasi qanadına yanaşması daim müsbət olub. Biz bunu ali səviyyədə aparılan danışıqlarda, həyata keçirilən rəsmi səfərlərdə səsləndirilən bəyanatlarda da müşahidə etmişik. Lakin molla rejiminin digər reallıqları dərk etməyən qanadlarının Azərbaycanı hədəf almasına da cavabımız özünü çox gecikdirməyib. Son illərdə müşahidə olunan proseslər bunun əyani sübutudur. Bu dəfə də İran ən çətin məqamında humanist yanaşma sərgiləyən, dost əlini uzadan Azərbaycana qarşı səhv addımlarını davam etdirir. Lakin son illərin təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu yanlışlardan itirən tərəfi daha çox İran olub. Bu dəfə də istisna deyil.
İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası - FOTO İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası - FOTO İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası - FOTO İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası - FOTO İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası - FOTO İran-Azərbaycan media qarşıdurması: Tehranın yanlış addımları və Bakının adekvat reaksiyası - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər