Dünya

Oman sahillərində neft tankerinə hücum edildi

01 Aug 2026, 09:23 2 baxış
Oman sahillərində neft tankerinə hücum edildi
Omanın şimal-şərq sahillərindən 11 kilometr məsafədə neft tankeri hücuma məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Lima bölgəsindən 11 km şərqdə ticarət gəmisi ilə bağlı insident haqqında məlumatlar əldə edib. Bildirişlərdə tankerin mərmi zərbəsinə tuş gəldiyi və mühərrik bölməsinin zədələndiyi vurğulanır. Hazırda rəsmi orqanlar tərəfindən müvafiq araşdırma aparılır", - deyə məlumatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər