Dünya

Yaponiyada yenə güclü zəlzələ oldu

01 Aug 2026, 09:47 2 baxış
Yaponiyada yenə güclü zəlzələ oldu
Yaponiyanın şimal hissəsində 5.8 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Yeraltı təkanların episentri Sakit okeanda, Aomori prefekturasından şərqdə yerləşib. Seysmik hadisəsinin ocağı 80 kilometr dərinlikdə olub. İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib. Qeyd edək ki, iyulun 28-də Yaponiyanın Küsü adasında yerləşən Kumamoto prefekturası yaxınlığında 7.1 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara əsasən, baş verən seysmik hadisə nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər