Cəmiyyət

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

01 Aug 2026, 08:00 2 baxış
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Rusiya üzv olduğu təşkilatların Ukrayna müharibəsində onun işğalçı siyasətinə dəstək verməsinə çalışır. Ancaq Kreml buna nail ola bilmir. 2024 oktyabrda BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının Kazanda keçirilən sammitinin yekunlarına dair qəbul olunan bəyannamədə vurğulanırdı ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. BMT Nizamnaməsi isə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörməti diktə edir.


Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.


Təhlildə vurğulanıb ki, sammit iştirakçıları Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə tezliklə tənzimlənməsinin tərəfdarları olduqlarını bəyan etmişdilər:


“Bəyannamədə yazılırdı: “Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı müvafiq forumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında qeyd olunan milli mövqeləri xatırlayırıq. Biz vurğulayırıq ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. Münaqişənin dialoq və diplomatiya vasitəsilə, sülh yolu ilə həllini təmin etməyə xidmət edəcək vasitəçilik və xeyirxah işlərə dair müvafiq təklifləri məmnunluqla qeyd edirik”.


Kazan sammitindən bir il sonra Rio-de-Janeyroda keçirilən sammitdə isə bir qədər fərqli bəyanat qəbul olundu. Sənəddə Ukraynanın Rusiya infrastrukturuna endirdiyi zərbələr pislənildi, mülki itkilər qeyd edildi və bu cür hərəkətlərə ən sərt şəkildə qarşı çıxdığı bildirildi: “Biz gözləyirik ki, hazırkı səylər Ukrayna üzrə davamlı sülh nizamlanmasına gətirib çıxaracaq”. Rusiyanı sammitdə təmsil edən xarici işlər naziri Sergey Lavrov Braziliyada qəbul olunan bəyanatdan məmnunluğunu gizlətmirdi. Lavrovun sözlərinə görə, Rio-de-Janeyroda keçirilən BRİKS sammitinin iştirakçıları Ukraynadakı münaqişənin əsas səbəblərini başa düşdüklərini nümayiş etdiriblər. O, bəyannamədə və çıxışlarda sammitin bir çox iştirakçılarının Ukrayna böhranı ilə bağlı balanslı, obyektiv mövqelər ifadə etdiklərini söyləmişdi.


Buna baxmayaraq, BRİKS üzvləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmirlər”.


Mərkəz həmçinin əlavə edib ki, BRİKS-in növbəti sammiti hazırda təşkilata sədrlik edən Hindistanda, sentyabrın 12-13-də keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər