Siyasət

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

31 Jul 2026, 12:40 25 baxış
Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

11:58


İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.


Axar.az xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.


Qırğızıstan Prezidenti Sadır Japarov dövlətimizin başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşıladı.


Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdirdilər.


Dövlətimizin başçısı görüşdə çıxış etdi.


Sonra digər prezidentlər çıxış etdilər.


Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalandı.

Mənbə axar.az

Oxşar Xəbərlər