Siyasət

Sadır Japarov "Heydər Əliyev" ordeni ilə təltif edildi - SƏRƏNCAM

31 Jul 2026, 10:30 25 baxış
Sadır Japarov "Heydər Əliyev" ordeni ilə təltif edildi - SƏRƏNCAM
Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarov "Heydər Əliyev" ordeni ilə təltif edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, S.Japarov Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər