Digər

Şəkərin bədənə zərərləri - Mütəxəssisdən xəbərdarlıq

31 Jul 2026, 02:02 1 baxış
Şəkərin bədənə zərərləri - Mütəxəssisdən xəbərdarlıq

Həddindən artıq şəkər və şirniyyatların istehlakı ürək-damar xəstəlikləri, piylənmə, diabet və qaraciyər problemləri riskini artırır.


Axar.az xəbər verir ki, bunu Türkiyə Qidalanma və Pəhriz Mütəxəssisi Ezgi Hazal Çelik deyib.


“Şirniyyat qan şəkərini sürətlə yüksəldərək insulin müqavimətinə və 2-ci tip diabet riskinin artmasına səbəb ola bilər. Həmçinin şirniyyatın həddindən artıq qəbulu qaraciyərdə yağ toplanmasına, yəni alkoqolsuz yağlı qaraciyər xəstəliyinə yol aça bilər. Şəkərlə zəngin qidalar yüksək kalorili olsa da, vitamin, mineral, zülal və lif baxımından zəifdir. Bu məhsullar tez-tez aclıq hissinə və artıq çəki yığılmasına səbəb olur.


Şəkər qəbulunun azaldılması, liflə zəngin qidaların rasiona əlavə edilməsi və şəkərli məhsullardan sonra ağız gigiyenasına diqqət yetirilməsi tövsiyə olunur”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər