Digər
Yaralı təxliyə edir, mina təmizləyir, atəş açır: Döyüş robotları müharibələrin taleyini dəyişir - VİDEO
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında müasir müharibələrin yeni reallığına çevrilən yerüstü pilotsuz döyüş maşınlarının (UGV) inkişafı, döyüş meydanında tətbiqi və gələcək perspektivləri təhlil olunub.
Qeyd olunub ki, bu texnikalar müxtəlif silah sistemləri və avadanlıqlarla təchiz edilərək fərqli missiyalara uyğunlaşdırıla bilir. Müasir döyüş meydanında pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silahların və peyk müşahidə sistemlərinin geniş tətbiqi ön xətti daha təhlükəli etdiyindən, riskli tapşırıqların robotlar tərəfindən yerinə yetirilməsi insan itkilərinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Verilişdə vurğulanıb ki, Ukrayna müharibəsi yerüstü döyüş robotlarının inkişafında dönüş nöqtəsi olub. Bu platformalar artıq minlərlə döyüş tapşırığında iştirak edir, hətta tarixdə ilk dəfə tam robotlaşdırılmış amfibiya hücumu həyata keçirilib. Bununla yanaşı, Estoniyanın "THeMIS", İsrailin "Guardium", ABŞ-nin MUTT, Rusiyanın "Uran-9" və Türkiyənin BARKAN platformalarının müxtəlif istiqamətlərdə bu texnologiyanın tətbiqini nümayiş etdirdiyi qeyd olunub.

Mənbə
oxu.az