Cəmiyyət
Cahangir Novruzovdan etiraf: "Nəsibə Zeynalova mənə bir il soyuq davrandı" - VİDEO
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında Xalq artisti Cahangir Novruzovla müəllimlik mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Onun sözlərinə görə, aktyorluq, rəssamlıq və heykəltaraşlıq kimi incəsənət sahələrində püxtələşmək üçün ustadın rolu əvəzsizdir: "Ustad sənə toxunmasa, səni formaya salmasa, heç bir şeysən. 1989-cu ildən dərs deyirəm və düşünürəm ki, bu dünyaya gəliş səbəbim müəllim olmaqdır". Sənətkar həmçinin ekran işlərində inam elementinin vacibliyinə toxunub: "Bəzi seriallarda inam elementi yoxdur. İnsanı ayaqda tutan inamdır. Ümid bizi ümidsizliyə apara bilər, amma inam atəşin üstündən belə atlayıb keçməyə güc verir". Xalq artisti sənət yolunun ilk illərindən də danışaraq mərhum aktrisa Nəsibə Zeynalova ilə bağlı xatirəsini bölüşüb. "Nəsibə Zeynalova mənə bir il soyuq davrandı", - deyə Cahangir Novruzov bildirib.

Mənbə
oxu.az