İdman

"ÇSKA Sofiya" ilə gərgin oyundan sonra Qurban Qurbanovdan diqqətçəkən açıqlama

31 Jul 2026, 01:30 3 baxış
"ÇSKA Sofiya" ilə gərgin oyundan sonra Qurban Qurbanovdan diqqətçəkən açıqlama
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində "ÇSKA Sofiya" ilə keçirilən cavab matçından sonra mətbuat konfransında iştirak edib. Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışını dəyərləndirib. Qurbanov bildirib ki, hər iki görüşdə eyni səviyyəli komandalar mübarizə aparıblar: "Yaxşı oyun oldu. İlk matçdan əvvəl də bildirmişdim ki, yaxşı komandaya qarşı oynayırıq. Burada da bunu göstərdik. İki bəlkə də eyni səviyyəli komandanın mübarizəsi idi. "ÇSKA Sofiya" futbolçuları çox böyük xarakter göstərdilər. Onların oyuna yanaşmasından razı qaldım. Bir daha onları təbrik edirəm". Baş məşqçi futbolçuların fiziki hazırlığına da toxunub: "Sadəcə, bəzi futbolçuların oynadığı dəqiqə sayı bir qədər çox oldu. Bu, hazırlıq baxımından yorucu idi. Hələ tam hazır deyilik. Amma istənilən halda maraqlı oyun alındı". Qurban Qurbanov bəzi taktiki dəyişikliklər barədə də danışıb: "Düzdür, gözləyirdim ki, sistem dəyişiklikləri edə bilərik. Daha müdafiəli oynamaq ehtimalımız var idi. Amma hücum üçün də imkanlarımız oldu. Belə oyunlarda mübarizə çox olur və bəzən istər-istəməz oyunçuların gücü azalır". O əlavə edib ki, 120 dəqiqəlik mübarizə futbolçular üçün çətinlik yaradıb: "Əvvəldən də deyirdim ki, 120 dəqiqə çoxdur. Futbolçular hələ tam hazır deyillər ki, belə fiziki yükün öhdəsindən rahat gəlsinlər". Qeyd edək ki, "ÇSKA Sofiya" və "Qarabağ" komandaları arasında baş tutan hər iki görüşdə hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq çıxış edən (5:4) Bolqarıstan klubu növbəti mərhələyə adlayıb. Bununla da Ağdam təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Komanda avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər