Cəmiyyət

Paytaxtdakı ağaclar niyə küləyə tab gətirmir? - VİDEO

31 Jul 2026, 01:36 3 baxış
Paytaxtdakı ağaclar niyə küləyə tab gətirmir? - VİDEO
Paytaxtda güclü külək zamanı ağacların aşması və budaqların sınması tez-tez müşahidə olunan problemlərdəndir. Bəs bunun əsas səbəbi nədir? Niyə Bakıdakı ağaclar bu qədər dözümsüzdür? Oxu.Az xəbər verir ki, Baku TV-nin hazırladığı süjetdə bu məsələnin səbəblərinə aydınlıq gətirilib.

Bəzi aqronomların fikrincə, paytaxtda əkilən ağaclar Bakı iqliminə uyğun olsa da, torpaq xüsusiyyətlərinə tam uyğun gəlmir. Nəticədə ağacların kök sistemi torpağın dərin qatlarına nüfuz edə bilmir. Bu da güclü külək zamanı ağacların kökündən çıxmasına, aşmasına və ya qırılmasına səbəb olur. Mütəxəssislər digər əsas səbəb kimi düzgün suvarmanın aparılmamasını göstərirlər. Onların sözlərinə görə, paytaxtdakı ağacların suvarılması qaydalara uyğun həyata keçirilmədiyi üçün kök sistemi kifayət qədər möhkəmlənmir və ağaclar küləyə qarşı daha həssas olur.
Paytaxtdakı ağaclar niyə küləyə tab gətirmir? - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər