İdman

"Beşiktaş" Avropa Liqasında növbəti mərhələyə keçdi - VİDEO

30 Jul 2026, 23:32 1 baxış
"Beşiktaş" Avropa Liqasında növbəti mərhələyə keçdi - VİDEO
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Türkiyənin "Beşiktaş" klubu Danimarkanın "Midtyulland" komandası ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.

"Beşiktaş"ın qollarını 70-ci dəqiqədə Milot Raşitsa, 76-cı dəqiqədə isə Orkun Kökçü vurub. Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda da "Beşiktaş" 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə əsasən (3:0) Türkiyə təmsilçisi UEFA Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb. "Beşiktaş" növbəti mərhələdə Çexiyanın "Hradets-Kralove" klubu ilə üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər