İdman
Con Stounz "İnter"ə keçdi
"İnter" klubu İngiltərə milli komandasının müdafiəçisi Con Stounzun transferini rəsmən elan edib. Oxu.Az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu azad agent statusunda Milan təmsilçisi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Qeyd edək ki, Con Stounz 2016-2026-cı illərdə İngiltərənin "Mançester Siti" klubunun formasını geyinib.
Mənbə
oxu.az