Cəmiyyət

Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO

31 Jul 2026, 00:00 2 baxış
Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO
Nərimanov rayonu, Təbriz küçəsi, 95 ünvanında aparılan təmir işləri ilə əlaqədar fəaliyyəti dayandırılan xırda ticarət obyektlərinin sahibləri çətin vəziyyətlə üzləşiblər. Obyektləri boşaldılaraq qıfıllansa da, aradan keçən iki ay ərzində sahibkarlara onların gələcək taleyi barədə məlumat verilməyib.

"Problemimiz və kreditlərimiz var. Hamımızın dolanışığı bu ticarətdən asılıdır. Başqa qazanc yerimiz yoxdur. Ancaq indi işləməyimizə imkan vermirlər, obyektləri bağlayıblar. Hansı quruma müraciət ediriksə, "gözləyin, cavab veriləcək" deyirlər. Nə vaxt və hansı qərarın veriləcəyi bilinmir. Gələcəyimizlə bağlı çox narahatıq", - sahibkarlardan biri Baku TV-yə söyləyib. Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə təsdiq olunmuş layihəyə uyğun olaraq abadlıq işlərinin aparılması nəzərdə tutulub və hasara alınan iaşə obyektlərinin söküləcəyi dəqiqdir. Sahibkarları narahat edən suallara gəldikdə isə İcra Hakimiyyətindən qeyd olunub ki, onların sənədləri təftiş olunduqdan sonra müvafiq qərar qəbul ediləcək və sahibkarlara cavab veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər