İdman

Gülxanım və Fatimə üçün bürünc medal şansı - FOTO

30 Jul 2026, 22:12 2 baxış
Gülxanım və Fatimə üçün bürünc medal şansı - FOTO
Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir. Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 4-cü günündə qadın güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb. Gülxanım Şirinova (40 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Təmsilçimiz tunisli Tasmin Athimniyə "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şirinova sabah təsəlliverici görüşə çıxacaq. Nuray Cəfərli (46 kq) də yarışa 1/4 finaldan start verib. Həmyerlimiz macarıstanlı Vivyen Sentpalla görüşdə böyük hesabla önə çıxsa da, üstünlüyünü sonadək qoruya bilməyib - 8:10. Fatimə Bayramova (53 kq) israilli Sela Rozovla moldovalı Ruslana Karapetianta 11:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda amerikalı Marli Solomona "tuş"la uduzub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq. Fidan Babayeva (61 kq) 1/8 finalda qazaxıstanlı Arujan Bakitnura (2:11), Simurə Abdullayeva (69 kq) isə eyni mərhələdə qırğızıstanlı Milana Ulanovaya (6:10) məğlub olub.
{{gallery}}
Gülxanım və Fatimə üçün bürünc medal şansı - FOTO Gülxanım və Fatimə üçün bürünc medal şansı - FOTO Gülxanım və Fatimə üçün bürünc medal şansı - FOTO Gülxanım və Fatimə üçün bürünc medal şansı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər