İdman
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir. Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Bu gün baş tutan püşkatma mərasimində güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. 45 kq 1/8 final Tunar Həsənov - Radoslav Velikov (Bolqarıstan) / Ariun Erdenetuqs (Monqolustan) 48 kq 1/8 final Hüseyn Rzazadə - Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan) 51 kq 1/8 final İbrahim Həsənov - Quarav Bahi (Kanada) / Giorgi Narimanidze (Gürcüstan) 55 kq Təsnifat mərhələsi Abbas Şəfiyev - Temirlan Murat (Qazaxıstan) 60 kq 1/8 final Elcan Həsənov - Balaş Hideq (Macarıstan) / Vitold Pavlik (Polşa) 65 kq Təsnifat mərhələsi Rəşid Nazarov - Erik Papikyan (Ermənistan) 71 kq Təsnifat mərhələsi Tunar Quliyev - Adilet Risbay (Qazaxıstan) 80 kq 1/8 final Nihad Süleymanlı - Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan) 92 kq Təsnifat mərhələsi Elgün Kərimli - Sakşam Fnu (Hindistan) 110 kq Təsnifat mərhələsi Hakim Tağıyev - Behruz Aşirov (Özbəkistan) Sabah 48, 55, 65, 80 və 110 kq-da yer alan güləşçilər xalçaya çıxacaq. Digər 5 çəkidə mübarizə aparan iştirakçılar isə avqustun 1-də yarışa qoşulacaqlar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az