Cəmiyyət
"Ümumdünya Əmizdirmə Həftəsi" keçirilir - FOTO
Hər il olduğu kimi avqustun ilk həftəsi bütün dünyada (daha dəqiq desək 170-dən çox ölkədə) "Ümumdünya Əmizdirmə Həftəsi" qeyd edilir. Oxu.Az xəbər verir ki, bu həftənin ana südünün müdafiəsini, ana südünə dəstəyi və bu mövzuda qlobal maarifləndirməni əhatə edir. "Ümumdünya Əmizdirmə Həftəsi"ni daha aydın şəkildə anlamaq üçün bir qədər bu təşəbbüsün tarixçəsinə və fəaliyyət mexanizminə nəzər yetirmək gərəkdir. Təşəbbüskar 1992-ci ildən etibarən The World Alliance for Breastfeeding Action -WABA (Dünya Ana Südü ilə Əmizdirmə Fəaliyyəti Alyansı) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in dəstəyi ilə keçirilir. Alyans (WABA) dünya miqyasında ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi ilə məşğul olan fərdlər və təşkilatların qlobal şəbəkəsidir. Bu alyans "Innocenti (İnnosenti)" Bəyannaməsinə, "Ten Links for Nurturing the Future" (Gələcəyin Tərbiyəsi üçün On Əlaqəyə) və ÜST/UNİCEF-in Körpə və Azyaşlı Uşaqların Qidalanması üzrə Qlobal Strategiyasına əsaslanır.
"İnnocenti" Bəyannaməsi (1990, Florensiya, İtaliya) müasir dövrdə ana südü ilə qidalandırmanın təşviqi sahəsində əsas beynəlxalq sənədlərdən biridir. Sənəddə körpələrin həyatının ilk 4-6 ayı ərzində yalnız ana südü ilə qidalandırılması, daha sonra isə əlavə qidalarla birlikdə iki il və ya daha uzun müddət ana südü ilə qidalandırmanın davam etdirilməsi tövsiyə olunur. Bəyannamədə ana südü ilə qidalandırmanın ictimai səhiyyənin prioritet istiqamətlərindən biri olduğu vurğulanır və hökumətlər anaları səhiyyə sistemi, iş yerləri və cəmiyyətdə mövcud maneələrdən qorumağa çağırılır.
Tərəfdaşlar Bu təşəbbüs dünyanın müxtəlif ölkələrinin səhiyyə nazirlikləri, vətəndaş cəmiyyəti institutları və səhiyyə təşkilatları tərəfindən dəstəklənir. Əsas tərəfdaşlar sırasına Beynəlxalq Körpə Qidası Fəaliyyət Şəbəkəsi (IBFAN), La Leche League International (LLLI), Beynəlxalq Laktasiya Məsləhətçiləri Assosiasiyası (ILCA), Wellstart International və Ana Südü ilə Bəsləmə Tibbi Akademiyası (ABM) daxildir. 2018-ci ildə Ümumdünya Səhiyyə Assambleyası "Ümumdünya Əmizdirmə Həftəsi"ni sağlamlığın təşviqi istiqamətində əsas strategiyalardan biri kimi rəsmi şəkildə tanıyıb. Mövzular 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətləri tərəfindən "2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi" qəbul edilib. Bu gündəliyin əsasını insanların rifahının yüksəldilməsi, yoxsulluğun aradan qaldırılması, sağlamlığın və təhsilin yaxşılaşdırılması, bərabərsizliyin azaldılması və iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) təşkil edir. Qeyd edək ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində də çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub. "17 Dayanıqlı İnkişaf Məqsədlərinə" daxildir: "Ümumdünya Əmizdirmə Həftəsi"nin müxtəlif illərdə fərqli mövzuların əhatə etməsi məhz bu "17 Dayanıqlı İnkişaf Məqsədləri" ilə uzlaşır. 1992-ci ildən etibarən keçirilməsinə baxmayaraq, "Ümumdünya Əmizdirmə Həftəsi" 2016-cı ildən etibarən BMT-nın "Dayanıqlı İnkişaf Məqsədlərinə" müvafiq mövzularda keçirilir. Beləliklə, əmizdirmə və ana südünün qlobal statusa malik olmasının burada da şahidi oluruq. 2030-cü ilə qədər nail olunması nəzərdə tutulan 17 hədəfin hər birində ana südü və əmizdirmənin əvəzolunmaz bir rolunun olması danılmazdır. Nəticədə, "Ümumdünya Əmizdirmə Həftəsi" hər il, hər bir hədəfə müvafiq olan mövzular üzərində keçirilməkdədir.
"Ümumdünya Əmizdirmə Həftəsi" 2026-cı ilin mövzusu: "Həyata Dayanıqlı Başlanğıc üçün Əmizdirmə: Təsirli olanı gücləndirin" Alyansın rəsmi məlumatına görə, 2026-cı il "Ümumdünya Əmizdirmə Həftəsi" çərçivəsində ana südü ilə qidalandırmanın qidalanma, ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılmasına təsirinin izlənilməsi və qiymətləndirilməsinə xüsusi diqqət yetiriləcək. Bildirilib ki, 2026-cı il kampaniyası üçüncü mərhələyə qədəm qoyacaq və qidalanma, ərzaq təhlükəsizliyi, eləcə də yoxsulluğun azaldılması sahəsində əldə olunan nəticələrin monitorinqinə yönələcək. Kampaniya çərçivəsində qlobal və regional statistika təqdim olunacaq, uğurlu təcrübələr və təkmilləşdirilməsinə ehtiyac olan istiqamətlər diqqətə çatdırılacaq. Alyans vurğulayır ki, ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi optimal qidalanmanın, ərzaq təhlükəsizliyinin və yoxsulluğun azaldılmasının təmin edilməsinə mühüm töhfə verir. Ana südü həm körpənin, həm də ananın həyatını xilas edir, sağlam inkişafı və ömürboyu sağlamlığı dəstəkləyir. Eyni zamanda, ana südü hər kəs üçün əlçatan, yerli səviyyədə mövcud olan təbii qida mənbəyi kimi ailələrin və dövlətlərin iqtisadi yükünü də azaldır. "QİDALANMA, ƏRZAQ TƏHLÜKƏSİZLİYİ VƏ YOXSULLUĞUN AZALDILMASI" məqsədi "Ümumdünya Əmizdirmə Həftəsi"nin bu ilə aid olan mövzusu "17 Dayanıqlı İnkişaf Məqsədlərinin" 1-ci, 2-ci, 3-cü və 12-ci hədəflərində özünü biruzə verir:
Alyans (WABA) həmçinin qeyd edir: Nəticə olaraq, 2026-cı il "Ümumdünya Əmizdirmə Həftəsinin" məqsədləri qısaca aşağıdakılardır:
Xatırladaq ki, ana südü bərpa olunan qida mənbəyi olduğundan körpənin qida təhlükəsizliyini tamamilə təmin edə bilir. Ana südünün həmçinin strateji əhəmiyyətli qida olduğunu da unutmayaq. "Ümumdünya Əmizdirmə Həftəsi" hər il 1-7 avqust tarixlərində qeyd olunur və dünya ictimaiyyətinə ana südü ilə qidalandırmanın üstünlüklərini bir daha xatırlatmağı, bu sahədə maarifləndirməni artırmağı hədəfləyir.

Mənbə
oxu.az