Cəmiyyət

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

30 Jul 2026, 22:18 2 baxış
Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Avropa Birliyinin Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.


Axar.az xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Feysbuk sosial şəbəkəsində paylaşılıb.


"1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa Birliyinin səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük”, - paylaşımda qeyd olunub.


Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.

Mənbə axar.az

Oxşar Xəbərlər